logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçdən

Text size icon-size icon-size

01 iyun 2012, 17:10

Zati-aliləri,

Sizi ölkənizin milli bayramı – Respublika Günü münasibətilə təbrik edirəm.

Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin çox yaxşı səviyyədə olmasından məmnunluğumu bildirirəm. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.

Fürsətdən istifadə edib Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Möhtərəm cənab Prezident, Sizə dərin hörmət bəslədiyimə əmin ola bilərsiniz.

İvan Qaşparoviç
Slovakiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi