logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məmmədov Seymur Vahid oğlu və Baxşıyev Sabir Xaləddin oğlundan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

18 fevral 2021, 17:39

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin müdrik siyasətiniz və rəhbərliyiniz nəticəsində bu gün Azərbaycanımız siyasi-hüquqi və iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilmişdir. Biz əminik ki, Azərbaycan dövləti bundan sonra da Sizin davamlı inkişafa yönələn strategiyanız sayəsində dünyanın ən qüdrətli, ən güclü ölkələrindən birinə çevriləcəkdir.

Sizi böyük Qələbə, möhtəşəm Zəfər münasibətilə təbrik edirik. Siz Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydunuz və xalqımızın xilaskarı oldunuz. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Məmmədov Seymur Vahid oğlu

Baxşıyev Sabir Xaləddin oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi