Cəfərov Samid Hicran oğlundan, Şirvan, Azərbaycan
Text size


19 fevral 2021, 18:05
Hörmətli cənab Prezident.
Vətən müharibəsində qazanılan Qələbə - doğma Qarabağın azad olunması gələcəyə olan böyük ümidlərimizi artırır.
Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək, bütün infrastruktur yaradılacaq, küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və bu yerlərə həyat qayıdacaq.
Biz Sizə inanır, daim dəstəkləyir və gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Cəfərov Samid Hicran oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri.