logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Namiq Aslanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

10 fevral 2021, 17:45

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycanın müzəffər Ordusunun qələbələri, xüsusilə Şuşanın işğaldan azad olunması və düşmənin kapitulyasiya aktını imzalamağa məcbur edilməsi xalqımızın qürurunun yüksəlişi və başucalığıdır. Əldə olunan qələbə Sizin gərgin əməyinizin nəticəsidir. Bu qələbə Azərbaycan xalqını sevindirməklə yanaşı, şəhidlərimizin və əcdadlarımızın ruhlarını sevindirdi, şad etdi. Vətənin hər daşı, gülü-çiçəyi, hər qarış torpağı bizim üçün əzizdir.

Siz Azərbaycanın uğurlu Prezidenti, Müzəffər Ali Baş Komandanısınız!

Mən də bir vətəndaş olaraq özümə borc bildim ki, “Qarabağ Azərbaycandır!” deyib Qarabağımızı düşməndən azad edən, ata vəsiyyətini yerinə yetirən, azərbaycanlı olmağı ilə qürur duyan və hər bir vətəndaşa qürur yaşadan Prezidentimizin gördüyü işlər haqqında və Qarabağ döyüşləri haqqında kitab yazım. Kitabımın adı Sizin tarixdən heç vaxt silinməyəcək əbədi sözlərinizlə bağlıdır: “Qarabağ Azərbaycandır!”

Böyük hörmətlə,

Namiq Aslanov

2-ci dərəcəli “Əmək” ordenli

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi