Quliyev İslam Məhərrəm oğlu və Babayev Yaşar Sahib oğlundan, Sabirabad, Azərbaycan


18 fevral 2021, 11:17
Əziz və dəyərli cənab Prezident.
Xalqımızın başını xain düşmənlərin qarşısında uca etdiyinizə, illərdir ürəyimizdəki torpaq həsrətinə son qoyduğunuza, dövlətimizi siyasi və iqtisadi baxımdan yüksək səviyyəyə çatdırdığınıza görə Sizə “çox sağ olun!” deyirik.
Sizin xarici siyasət arenasında göstərdiyiniz əzmkarlığın və qətiyyətinizin müsbət nəticələrinin şahidi olduqca qəlbimiz fəxarət hissi ilə alovlanır. Azərbaycan xalqının Sizə olan inamını və ümidlərini doğrultmaqla Siz tarixi ədaləti bərpa etdiniz.
Allah Sizi qorusun, cənab Prezident! Allah Sizin kölgənizi başımızın üstündən əskik etməsin!
Hörmətlə,
Quliyev İslam Məhərrəm oğlu
Babayev Yaşar Sahib oğlu
Azərbaycan Respublikası, Sabirabad şəhəri.