Sirac Əsədovdan, Gəncə, Azərbaycan


11 fevral 2021, 12:37
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
44 günlük Vətən müharibəsində bizə bəxş etdiyiniz möhtəşəm Qələbə münasibətilə Sizi təbrik edirəm. Sizin qətiyyətli addımlarınız və uzaqgörən siyasətiniz nəticəsində düşməni həm hərb meydanında, həm də siyasi meydanda məğlub etdik.
Tovuz döyüşlərindən sonra Sizin çağırışınızla mən və mənim kimi on minlərlə gənc ordu sıralarına könüllü yazıldıq. Biz inanırdıq ki, Ali Baş Komandanımız torpaqlarımızı düşmən tapdağından azad edəcək. Qələbədən sonra evimizə döndükdə müharibədə olduğum dövrdə Sizin tapşırığınıza əsasən dövlət qurumlarının ailəmə hər cür dəstək göstərdiyini öyrəndim. Bu dəstəyi bu gün də hiss edirəm və fəxr edirəm ki, Sizin kimi müdrik Prezidenti, Müzəffər Ali Baş Komandanı olan ölkənin vətəndaşıyam.
Mən əminəm ki, işğaldan azad olunan bütün torpaqlar Sizin rəhbərliyinizlə cənnətə çevriləcək. İşğaldan azad olunan bütün torpaqları mülki vətəndaş kimi gedib gəzməyi səbrsizliklə gözləyirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyir, qazi qardaşlarımızın tezlikdə şəfa tapmasını arzulayıram.
Hörmətlə,
Əsədov Sirac Nizami oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.