Fuad Nağızadədən, Şirvan, Azərbaycan


18 fevral 2021, 18:30
Hörmətli cənab Prezident.
Sizin Azərbaycana rəhbərlik etdiyiniz 2003-cü ildən bəri görülən məqsədyönlü işlər sayəsində ölkəmiz dünya arenasında ən qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Möhkəm iradəniz, qətiyyətli mövqeyiniz, həm daxili, həm də xarici siyasətin düzgün və balanslı şəkildə həyata keçirilməsi Azərbaycanın Vətən Müharibəsində zəfər çalmasına, 30 il həsrətində olduğu torpaqlara qovuşmasına səbəb oldu. Hər bir azərbaycanlı tezliklə abadlaşdırılacaq və yenidən qurulacaq Qarabağa qayıdacağı günü səbirsizliklə gözləyir.
Cənab Prezident, bizə bu möhtəşəm zəfəri yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Hörmətlə,
Fuad Nağızadə
Azərbaycan Respublikası, Şirvan şəhəri.