logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nailə Zeynalovadan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

17 fevral 2021, 18:20

Hörmətli cənab Prezident.

Sizin hər bir çıxışınız xalqımıza, millətimizə, torpağımıza sonsuz sevgi və məhəbbətlə doludur. Siz ölkə vətəndaşlarına qayğı göstərilməsini ən ümdə, ən başlıca vəzifə kimi qarşıya qoymusunuz. Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti, Müzəffər Ali Baş Komandanı var.

Sizin rəhbərliyinizlə ölkəmizin hələ çox uğurlar qazanacağına, yüksək zirvələr fəth edəcəyinə inanırıq. Xalqımız bu yolda daim Sizinlədir.

Var olun, cənab Prezident!

Hörmətlə,

Nailə Zeynalova

Azərbaycan Respublikası, Sabirabad şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi