logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ömer Emre Kanatdan, Batman, Türkiyə

Text size icon-size icon-size

09 fevral 2021, 17:55

Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını Qarabağda zəfər qazanmağınız münasibətilə təbrik edir, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanlara, canını fəda edənlərə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə isə şəfa arzulayıram.

Sizin güclü, müdrik siyasətiniz, qətiyyətiniz və dik duruşunuz hər bir Azərbaycan və Türkiyə vətəndaşının qəlbini fərəhləndirir. Məhz Sizin sayənizdə Qarabağ bu gün azaddır.

Müharibə dövründə qəlbimiz və dualarımız hər zaman Azərbaycan xalqı və qəhrəman ordunuzla idi. Sizin xalqa müraciətlərinizi biz də həyəcan və sevinc göz yaşları ilə izləyirdik.

Mənim atam 2007-ci ildə Bakı şəhərində özəl şirkətlərin birində işlədiyinə görə uşaqlıq illərim Bakıda keçib. Dostlarımı, yaşadığım məhəlləni, gəzdiyim parkları, Dənizkənarı Bulvarı heç unutmadım. Azərbaycanda yaşadığım 4 il mənim hafizəmdən heç vaxt silinməyəcək, həyatımın ən gözəl, xoşbəxt günləri kimi qalacaq. Bəlkə buna görə də, Azərbaycanın Qələbəsi mənim üçün bu qədər dəyərli, anlamlıdır. Sevincimi ifadə etmək üçün söz tapmağa da çətinlik çəkirəm.

Müdrik Heydər Əliyevin “İki dövlət, tək millət” sözləri hamımız üçün bir örnək oldu. Bu sözlərin aliliyini, qardaş ölkələrin hər zaman bir-birinizə təmənnasız kömək etməyə hazır olduqlarını bütün dünyaya bir daha sübut etdiyinizə görə Sizə və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik.

Sizə və ailə üzvlərinizə cansağlığı və uzun ömür diləyirəm.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ömer Emre Kanat

Türkiyə Respublikası, Batman şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi