Aris Əhmədovdan, Sabirabad, Azərbaycan


17 fevral 2021, 11:14
Hörmətli cənab Prezident.
Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz sayəsində, müzəffər Ordumuzun qəhrəmanlığı ilə qazandığımız parlaq Qələbəyə və bizə yaşatdığınız böyük qürur, sevinc hisslərinə görə Sizə ürəkdən təşəkkür edirəm.
Siz Azərbaycan xalqını uzun illər həsrətində olduğu doğma torpaqlarına qovuşdurdunuz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz.
Biz gənclər inanırıq və əminik ki, uzaqgörənliyiniz sayəsində Qarabağ dünyanın çiçəklənən bölgələrindən birinə çevriləcəkdir. Sabirabad rayon Əlicanlı kəndinin gəncləri adından hər zaman Sizin arxanızda olduğumuzu, Sizi dəstəklədiyimizi bildirirəm. Allah Sizi qorusun!
Nə yaxşı ki, varsınız. Siz adınızı qızıl hərflərlə tariximizə həkk etdirən qəhrəmansınız. Uca Tanrı başladığınız bu haqq yolunda yardımçınız olsun!
Hörmətlə,
Aris Əhmədov
Azərbaycan Respublikası, Sabirabad rayonu, Əlicanlı kəndi.