logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rüfanə Niftəliyevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

09 fevral 2021, 16:12

Hörmətli cənab Prezident,

Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, müzəffər Ordumuzun sərkərdəsi kimi Sizə və qəhrəmanlıqları ilə dastan yazan bütün əsgər və zabitlərimizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik!

Biz bu gün başı dik və qürurluyuqsa, bu, Sizin və qüdrətli Ordumuzun sayəsindədir. Allaha şükürlər olsun ki, işğal altındakı torpaqlarımız geri qaytarıldı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bir zəngilanlı olaraq demək istəyirəm ki, doğma yurdumuza ayaq basacağım günü çox səbirsizliklə gözləyirəm. İnanıram ki, Siz Qarabağımızı yaxın gələcəkdə yenidən cənnətə, gülüstana çevirəcəksiniz. Biz də tezliklə öz elimizə, obamıza qayıdıb xoşbəxt və firavan həyat yaşayacağıq.

Allahdan bütün şəhidlərimizə rəhmət, valideynlərinə isə səbir diləyirəm. Qazilərimizin isə tezliklə sağalmalarını arzu edirəm.

Hörmətlə,

Niftəliyeva Rüfanə,

Zəngilan rayonunun Alıbəyli kənd sakini.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi