Qəhrəman Rəhimovdan, Bakı, Azərbaycan


08 fevral 2021, 17:10
Hörmətli cənab Prezident.
Düşmən üzərindəki Şanlı Qələbəmiz mənim şair təbiətli qəlbimi ilhama gətirmişdir. Qələbəmizə həsr etdiyim şeiri ali diqqətinizə təqdim etmək istəyirəm.
Tanısın öz yerini
İllərdir düşünürdüm bu beləmi olacaq,
Qarabağ işğal altında nə vaxtadək qalacaq?
Nə vaxtadək erməni bizə hədyan deyəcək?
Gərilən əsəbimiz daha da gəriləcək?
27 il idi ATƏT nümayəndələri,
Oyun oynayırdılar razı salıb erməniləri.
Danışıqlar gedirdi uğursuz, nəticəsiz,
Atəşkəs pozulurdu daim vaxtsız, vədəsiz.
Arxalı köpəklərin uzanmışdı dilləri,
Xox gəlib guya onlar qorxudurdu bizləri.
Mübariz göstərmişdi köpəklərə yerini,
Gəbərdib təkbaşına neçə-neçə ermənini.
Lələtəpə döyüşü onlara dərs olmadı,
"Sülh" yaradanlar bizi döyüşməyə qoymadı.
Təngə gəlib düşmənin artan təxribatından,
Verdi döyüş əmrini, cəsur Ali Baş Komandan.
Qəhrəmanlıq göstərib Azərbaycan əsgəri.
Gəbərdib məhv edirdi azğın erməniləri.
Xalqımız ətrafında Ali Baş Komandanın
Birləşdi bir yumruqtək tələbiylə zamanın.
İtirib bu döyüşdə neçə min əsgərini,
Önümüzdə diz çöküb məğlub oldu erməni.
Azad etdi oğullar işğaldan Qarabağı,
Əsirlikdən qurtardı doğma Vətən torpaği.
Bizə hürən köpəklər quyruq bulayır indi,
Hərdən də sahibinə deyir: “günah sənindi!”
Sənə arxalanmışdıq orda görmədik səni,
İt qovulan kimi qovulmuşdur erməni.
Şükür, Ordumuz aldı düşməndən qisasını,
Xain düşmən hər zaman almışdır cəzasını.
Ali Baş Komandanım, Rəbbim olsun köməyin,
Bu zəfərdə böyükdür sənin haqqın, əməyin.
İndi bizdən öyrənir dünya hərb sənətini,
Bizə ağıl verənlər tanısın öz yerini.
Hörmətlə,
Rəhimov Qəhrəman Əli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi.