Güllü Rzayevadan, Şirvan, Azərbaycan


06 fevral 2021, 15:30
Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı!
Canımızın bir parçası olan Azərbaycanımızın daima inkişaf edərək çiçəklənməsi, təhlükəsizliyi və ərazi bütövlüyü uğrunda ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanı uğurla başa çatdırmısınız. Şanlı Ordumuz və xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşdi və 44 gün ərzində mənfur düşmənə öz gücümüzü göstərərək doğma torpaqlarımızı işğalçılardan azad etdi.
Siz həm döyüş meydanında, həm də siyasi sahədə düşmənlərimizə qarşı peşəkar və qətiyyətli mübarizə apardınız. Ermənilər tərəfindən işğala məruz qalan kəndlərimiz, şəhərlərimiz dağıdıldı, tarixi abidələrimiz, məscidlərimiz, türbələrimiz, hətta məzarlıqlarımız belə viran qoyuldu.
Cənab Prezident bu gün Siz Qarabağımızı cənnət bölgəsinə çevirmək üçün çox işlər görürsünüz. İşğaldan azad olunmuş ərazilərdə yol – nəqliyyat infrastrukturunun, dəmir yollarının, su təchizatının, enerji infrastrukturunun bərpasına başlanılıb. Azərbaycanın mülki vətəndaşları bu bərpa quruculuq işlərinin sona çatmasını və 30 il həsrətində olduqları doğma torpaqlarına geri dönüb orada yaşayacaqları günləri səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı Ali Baş Komandanımızla fəxr edib qürur duyur. Hələ uzun illər boyu dövlət başçımız olmağınız üçün Allahdan Sizə cansağlığı və uzun ömür diləyirik.
Hörmətlə,
Güllü Rzayeva
Azərbaycan Respublikası, Şirvan şəhəri.