logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qafar Ağaməmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

08 fevral 2021, 10:00

Müzəffər Ali Baş Komandan.

Doğma torpaqlarımızın azadlığı uğrunda qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi və bütün xalqımızı ürəkdən təbrik edirəm.

Siz Ulu Öndərimizin layiqli davamçısı və xalqımızın əvəzolunmaz Lideri olaraq, Azərbaycanın gücünü bütün dünyaya göstərdiniz, həm hərb meydanında, həm də siyasi arenada yüksək peşəkarlıqla qətiyyətli mübarizə apararaq, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Buna görə Sizə və rəşadətli Ordumuzun bütün əsgər və zabit heyətinə dərin minnətdarlığımı bildirirəm.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Qafar Ağaməmmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi