İxtiyar Ağayevdən, Sabirabad, Azərbaycan


10 fevral 2021, 16:10
Tarix yazan sərkərdə, çox hörmətli cənab Prezident.
Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz doğma Qarabağımızı işğaldan azad etməklə, Azərbaycan xalqının həsrətinə son qoydunuz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Buna görə Sizə minnətdarıq.
İnanırıq ki, yağı düşmənin talan etdiyi və viran qoyduğu şəhərlərimizi və kəndlərimizi çox keçmədən yer üzündəki əsl cənnətməkana çevirəcəksiniz.
Sizə möhkəm cansağlığı, uzun ömür, qarşıdakı yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İxtiyar Ağayev
Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.