Leyla İsrafilovadan, Bakı, Azərbaycan


06 fevral 2021, 14:10
Əziz Prezident, qalib ölkənin qalib Sərkərdəsi.
Sizi salamlayan 93 saylı orta məktəbin 6a sinif şagirdidir. Əvvəlcə, qalib ölkənin qalib vətəndaşı kimi, Sizi Qarabağın azad olunması münasibətilə təbrik edirəm. Sizin uzaqgörənliyiniz sayəsində torpaqlarımız işğaldan azad olundu. Qalib ölkənin qalib vətəndaşı olmaq çox qürurvericidir. Biz fəxr edirik ki, Sizin kimi yenilməz sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız var. Siz torpaqlarımızı azad etməklə ata vəsiyyətini yerinə yetirdiniz. Biz Sizin Qarabağı yenidən cənnət məkana çevirəcəyinizə inanırıq. Biz dəmir yumruq ətrafında səfərbər olduq. Mən öz xalqım ilə fəxr edirəm. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam! Mənim ən böyük arzum Sizinlə görüşməkdir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Leyla İsrafilova
Azərbaycan Respublikası, Bakı şəhəri.