Lalə Qəniyevadan, Gəncə, Azərbaycan


06 fevral 2021, 11:35
Hörmətli cənab Prezident,
Vətənimizin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şəhid olan qəhrəman oğullarımızın ailələrinə və qazilərimizə göstərdiyiniz xüsusi diqqət və qayğınızı biz də hiss edirik və buna görə Sizə minnətdarıq.
Oğlum Quliyev Kərim Bayram oğlu Vətən müharibəsində iştirak etmiş və döyüşlərin birində yaralanmışdır. Sizin tapşırığınız əsasında oğlumun müalicəsi ilə bağlı bizə yaxından kömək göstərildi, problemimiz tez bir zamanda həll olundu.
İnanırıq ki, bundan sonra da qayğınızı bizdən əsirgəməyəcəksiniz. Allah Sizin yardımçınız olsun! Var olun, cənab Prezident!
Hörmətlə,
Qəniyeva Lalə
Azərbaycan Respublikası, Gəncə şəhəri.