Kamilə Məlikovadan, Şirvan, Azərbaycan


16 fevral 2021, 15:47
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin əməyiniz, qətiyyətiniz və Ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan haqlı mübarizəsində qalib gəldi. Sizin müdrik siyasətiniz, Ordumuzun peşəkar hazırlığı, müasir silah və sursatlarla təchizatı bizi böyük Zəfərə çatdırdı. Hər zaman eşitdiyimiz o müqəddəs torpaqları görmək bizə də nəsib olacağı üçün sonsuz sevinc hissi keçirirəm. Hər birimizin dillər əzbəri olan “Qarabağ Azərbaycandır!” şüarı qəlbimizə həkk olunub və Qarabağ indi bizə, biz isə əzəli və əbədi torpaqlarımıza qovuşduq. Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Ordumuzun genişmiqyaslı uğuru münasibətilə Sizi bir daha təbrik edirəm.
Hörmətlə,
Məlikova Kamilə
Azərbaycan Respublikası, Şirvan şəhəri.