logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mirhəsən Həsənovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

06 fevral 2021, 10:00

Möhtərəmi cənab Prezident,

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İdarə heyəti, çoxsaylı üzvləri və onların ailələri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında bu yaxınlarda imzaladığınız Sərəncamda Çernobıl əlillərini də nəzərə aldığınıza, həmçinin bizə hər zaman xüsusi diqqət və qayğı göstərdiyinizə görə Sizə sonsuz təşəkkürlərimizi çatdırırıq.

Sizə uzun ömür, möhkəm cansağlığı və gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Həsənov Mirhəsən,

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi