logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yalçın Abasovdan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

05 fevral 2021, 16:30

Müzəffər Ali Baş Komandan!

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi təbrik edirəm və Sizə dərin minnətdarlığımı bildirirəm.

Mənim övladım - kiçik gizir Davud Abasov 2017-ci ildən sərhəd qoşunlarında qulluq edirdi. 2020-ci il oktyabrın 10-da Hadrut-Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Övlad itkisi ilə barışmaq hamı kimi bizim üçün də çox çətindir. Amma Vətən uğrunda canını qurban vermiş qəhrəman oğlumuzla fəxr edirik, qürur duyuruq. Təki Vətən sağ olsun! Allahdan bütün şəhidlərimizə rəhmət, valideynlərinə isə səbir diləyirəm.

Sizin şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz diqqət və qayğınızın şahidiyik və buna görə Sizə ailəmiz adından sonsuz təşəkkürlərimi bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək işlərinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Abasov Yalçın

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Uzuntəpə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi