Ceyhun Əliyevdən, Ucar, Azərbaycan


05 fevral 2021, 16:00
Əziz Prezidentimiz!
Sizə olan minnətdarlığımızı sözlə ifadə etməkdə çətinlik çəkirik. Sizin dövlətimizin inkişafı və xalqımızın rifahı naminə gördüyünüz işlərin dəyəri olduqca böyükdür. Bu günlərdə özümüzü çox xoşbəxt hiss edirik.
Mən Qarabağ bölgəsində doğulmasam da, bütün bu illər ərzində torpaqlarımızın işğal altında qalmasını hamı kimi mən də qəbul edə bilmirdim. Sizin güclü siyasi iradəniz, diplomatik bacarığınız, qüdrətli Ordumuzun şücaəti sayəsində doğma torpaqlarımız azad olundu. Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Çox sağ olun, nə yaxşı ki, varsınız!
Müzəffər Ali Baş Komandan, bizi uzun illərdir həsrətlə və böyük ümidlə gözlədiyimiz günlərə qovuşdurduğunuz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. 30 ilə yaxın bir müddətdən sonra xəyallarımızı gerçəkləşdirməklə, Siz şanlı Ordumuzla birlikdə tarix yazdınız. Bu, Azərbaycanın yeni tarixidir. Sizin “Qarabağ Azərbaycandır!” şüarınız hələ min illərin şüarı olacaqdır.
Biz hamımız dəmir yumruq kimi Sizin ətrafınızda birləşərək, yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir, bu yolda üzərimizə düşən bütün vəzifələri həmişə layiqincə yerinə yetirməyə çalışırıq.
Mən bir Azərbaycan vətəndaşı olaraq bu haqq yolunda son damla qanıma qədər Sizin əmrinizdəyəm. Fəxr edərəm ki, Vətənim Azərbaycana və Ali Baş Komandanıma xidmət edirəm.
Uğurunuz uğurumuzdur! Allah Sizi və bütün ailə üzvlərinizi qorusun!
Hörmətlə,
Əliyev Ceyhun
Azərbaycan Respublikası, Ucar rayonu, Gəraybəyli kəndi.