logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsfəndiyar Məmmədovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

05 fevral 2021, 15:18

Hörmətli cənab Prezident!

Sizə bu məktubu yazan şəhid oğludur. Qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi təbrik edir və Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Siz doğma torpaqlarımızı düşməndən geri qaytarmaqla, Azərbaycan xalqını qürurlandırdınız və şərəfləndirdiniz. Siz qalib xalqın qalib sərkərdəsisiniz.

Bu gün Azərbaycanımız Sizin liderlik keyfiyyətləriniz, parlaq zəkanız, müdrikliyiniz sayəsində qüdrətli bir ölkəyə çevrilmişdir. Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq, ölkəmizi daha da inkişaf etdirərək yüksəklərə qaldırmısınız.

Mən həmişə Sizin çıxışlarınızı və müsahibələrinizi maraqla dinləyirəm. Azərbaycan Televiziyasına verdiyiniz son müsahibənizdə xalqımıza və torpağımıza olan sevginizi, qayğınızı bir daha hiss etdirdiniz. Bundan çox təsirlənərək, eyni zamanda fərəhlənərək göz yaşlarımı saxlaya bilmədim. Xalqımız çox xoşbəxtdir ki, Sizin kimi müdrik Prezidenti var. Bunu bilin ki, Siz tək deyilsiniz, mən və ailəm kimi bütün xalqımız Sizin arxanızdadır. Biz hər zaman Sizinləyik.

Allah Sizi qorusun!

Hörmətlə,

Məmmədov İsfəndiyar, şəhid oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi