Qiymət Alıyevadan, Abşeron, Azərbaycan
Text size


05 fevral 2021, 13:40
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi 44 günlük Vətən müharibəsinin memarı, qəhrəmanı, qalibi kimi ailəm və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Siz xalqımızın 30 illik nisgilinə son qoydunuz və xalqımızın qəlbində əbədi taxt qurdunuz. Mən bir tarix müəllimi kimi əminliklə deyirəm ki, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu.
Biz Sizin apardığınız uğurlu daxili və xarici siyasətinizi daim dəstəkləyir, Sizə gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Yolunuz həmişə açıq və işıqlı olsun!
Hörmətlə,
Alıyeva Qiymət
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.