logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüsal Bədəlovdan, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

05 fevral 2021, 10:00

Hörmətli cənab Prezident,

Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində bu gün Azərbaycanımız regionun ən güclü dövlətinə çevrilib. Eyni zamanda ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işləri insanları sevindirir, hər bir vətəndaşın güzəranı getdikcə yaxşılaşır, onları narahat edən məsələlər öz həllini tapır.

Sizin kənd təsərrüfatının inkişafına ayırdığınız diqqətin, bu sahədə yaradılan əlverişli şəraitin nəticəsi olaraq, kəndlilərin, fermerlərin əkin-biçin işlərinə marağı son illərdə daha da artıb. Mən də təsərrüfat işləri ilə məşğul olmaq həvəsindəyəm. İcarəyə 2 hektar torpaq sahəsi verilməsi ilə bağlı Sizə ünvanladığım müraciətim müsbət həll olundu. Buna görə Sizə “çox sağ olun!” deyirəm. Mənə və bütün vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Bu gün biz fəxr edirik ki, Azərbaycan adlı güclü dövlətin vətəndaşlarıyıq. O dövlətin ki, vətəndaşlarını heç bir zaman darda qoymur. O dövlətin ki, öz vətəndaşının rifahı üçün əlindən gələni əsirgəmir.

Cənab Prezident, var olun! Siz dünyanın ən yüksək sözlərinə və adlarına layiq dəyərli Ali Baş Komandanımızsınız!

Hörmətlə,

Bədəlov Vüsal

Azərbaycan Respublikası, Bərdə rayonu, Arabaçılar kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi