Elvin Axundovdan, Sabirabad, Azərbaycan


05 fevral 2021, 17:20
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin apardığınız uğurlu daxili və xarici siyasət sayəsində qazandığımız böyük müvəffəqiyyətlər münasibətilə Sizi ürəkdən təbrik edirik. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq, Qarabağımızı işğaldan azad etdiniz, xalqımızı doğma torpaqlarımıza qovuşdurdunuz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Siz Azərbaycan xalqının milli qürurunu özünə qaytardınız.
Siz öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən bir rəhbərsiniz. Azərbaycan xalqı da Sizi sevir, həmişə Sizə inanır və güvənir.
Allah Sizi, ailənizi və xalqımızı qorusun!
Hörmətlə,
Axundov Elvin
Azərbaycan Respublikası, Sabirabad şəhəri.