logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçdən

Text size icon-size icon-size

31 may 2012, 17:02

Zati-aliləri, əziz dostum,

Azərbaycanın milli bayramı – 28 May – Respublika günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırıram.

Monteneqro ilə Azərbaycan arasındakı əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Keçən il Azərbaycana etdiyim rəsmi səfər bunu açıq göstərdi. Dost ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək naminə göstərdiyimiz qarşılıqlı səylərin nəticələri məmnunluq doğurur. Bir sıra sazişlər imzalanıb və təsdiq olunub. Monteneqro və Azərbaycan xalqları arasında inkişaf etdirməyə çalışdığımız qarşılıqlı əlaqələri daha da gücləndirmək üçün möhkəm hüquqi baza yaradılmışdır.

Bununla yanaşı, deməliyəm ki, Adriatik dənizi sahilində yerləşən, regionda bir əsrdən artıq təcrübəsi olan əlverişli Bar limanına Azərbaycan şirkətlərinin göstərdiyi maraq ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək üçün daha bir imkandır.

Moteneqro xalqına Azərbaycanın yardımı üzrə sosial layihənin elan edilməsi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar öz dərin təşəkkürünü Azərbaycan xalqına və şəxsən Sizə ən müxtəlif yollarla ifadə etmişlər.

İnanıram ki, bu, ölkələrimiz və xalqlarımız arasındakı dostluğa mühüm töhfə verəcəkdir.

Hörmətli Prezident! Əməkdaşlığımızı çoxşaxəli etmək və ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün xüsusən Sizin göstərdiyiniz səyləri xüsusi qeyd etmək istəyirəm. Bu məsələlərə yüksək həssaslıqla yanaşdığınıza görə Sizə ürəkdən minnətdaram. Gələcək əməkdaşlığımıza dair planların eyni dərəcədə uğurlu olacağına dərindən inanıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Filip Vuyanoviç
Monteneqro Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi