Elvin Məmmədovdan, Ağdaş, Azərbaycan


03 fevral 2021, 14:35
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqının fəxri, yenilməz Ordunun Ali Bas Komandanı.
Sizinlə hər zaman fəxr edirik. Ölkəmizin gözəlləşməsi, müasirləşməsi, xalqına sadiq olduğunu daim gözlər önünə sərən, səbirli dünya görüşlü Prezidentimiz.
Sizin rəhbərliyiniz altinda ölkənin daha da gözəl şəraitdə yaşamasına ümidimiz sonsuzdur. Sizin fərmanlarınız, Sizin çıxışlarınız bizdə qürur hissi yaradır, ümidimiz kəsilmir. Səmimi qəlbdən söyləmək istəyirəm ki, Sizin son çıxışınız bizə çox şeyi bildirdi. Sizə, çıxdığınız haqq yolunda Allahdan güc qüvvət arzu edirəm. Hər zaman, bir vətəndaş kimi Sizin yanınızdayıq. Nə olursa olsun Sizin dəstəkçinizik. Təki haqq ədalət öz yerini tutsun. Nankorlar, xalqına düşmən kəsilmiş məmurlar, xalqımızı üsyana sürükləmək niyyətində olanlar, cəzasını alacaqlar. Sizin rəhbərliyinizlə bunu görmək arzusundayıq. Sübut olunsun ki hər zaman biz azərbaycanlılar haqqın tərəfindəyik, bu yolda birgəyik.
Hörmətlə,
Məmmədov Elvin
Azərbaycan Respublikası, Ağdaş rayonu.