Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
02 fevral 2021, 18:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
general-polkovnik ali hərbi rütbəsi
general-leytenant Arzu Yusif oğlu Rəhimova
general-mayor ali hərbi rütbəsi
polkovnik Azad Hüseyn oğlu Əliyevə
polkovnik Natiq Sahib oğlu Qarayevə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2021-ci il.