logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qasim Mahmud Haşmidən, İslamabad, Pakistan

Text size icon-size icon-size

02 fevral 2021, 17:40

Hörmətli Prezident cənab İlham Əliyev,

Salam-əleykim,

Bu məktubu yazmaqda məqsəd Azərbaycanın təcavüzkar Ermənistan üzərində Allahın köməyi ilə əldə etdiyi qələbənin sevincini bölüşməkdir. Azərbaycan xalqı bu böyük qələbəyə layiqdir. Təcavüzkar Ermənistana qarşı şücaətlə döyüşərək işğal olunmuş əraziləri azad etməsi Azərbaycan Ordusunun məharətini, vətənpərvərliyini, Vətən torpağının hər qarışını qorumaq əzmini bir daha sübut etdi. Azərbaycan Ordusu göstərdi ki, təcavüzkar hansı dildə anlayırsa, ona həmin dildə də cavab verilməlidir.

Azərbaycan bütün ölkələrin müstəqilliyini tanıyır və öz sərhədlərini qorumağı da bacarır. BMT-nin 30 il həll edə bilmədiyi məsələni Azərbaycan Ordusu öz qətiyyəti, gücü və cəsarəti ilə 6 həftə içində həyata keçirdi. Pakistan xalqı Azərbaycan xalqının bu sevincinə şərikdir və Azərbaycan xalqına, Ordusuna hörmətini çatdıraraq, Allahdan şəhidlərin məqamını yüksək etməsinə, yaralıları tezliklə şəfaya çatdırmasını dua edir. Pakistan xalqı çətin vaxtda daim Azərbaycan xalqının yanında olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev bu ağır günlərdə öz xalqı üçün bir qoruyucu rəhbər və qurtuluş gətirən sərkərdə olaraq sübut etdi ki, uzun zamandır həllini gözləyən bu məsələni nəyin bahasına olursa-olsun çözmədən geri çəkilməyəcəkdir. Əgər lider təmiz niyyətli, səmimi və öhdəliklərini yerinə yetirməyi bacaran bir şəxsiyyətdirsə, heç bir məsələ məqsədə çatmaq üçün maneə ola bilməz.

Mən “Daily Orient Express”in baş redaktoru olaraq sevinc hissi duyuram və fəxrlə Sizə bildirirəm ki, mən Ermənistanın təcavüzkarlığını ifşa eləməklə yanaşı, Azərbaycanın uğurlarını xəbərlər, məqalələr və xüsusi nəşrlər vasitəsilə tam şəkildə çatdırmağa çalışmışam. Hadisələrin düzgün təsvirində Bakı Dövlət Universitetinin müəllimi Eldost İbrahimovun dəstəyi və rolu çox olmuşdur. Həmçinin Azərbaycan və Pakistan xalqlarının yaxınlaşmasında onun qələminin, yazılarının rolu böyükdür. Mən bunu Sizə çatdırmaqla sevinc hissi duyuram ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyatı, fəaliyyəti, şəxsiyyəti və xidmətlərinə dair bir kitab da yazılma mərhələsindədir. Həmin işdə də Eldost İbrahimov öz dəstəyini əsirgəmir və buna görə biz ona minnətdarıq.

Mən bir daha Sizi Azərbaycanın Qələbəsi münasibətilə təbrik edirəm.

Hörmətlə,

Qasim Mahmud Haşmi,

“Daily Orient Express”in baş redaktoru.

Pakistan İslam Respublikası, İslamabad şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi