Sevda Məmmədovadan, Göygöl, Azərbaycan


02 fevral 2021, 16:45
Müzəffər Ali Baş Komandan!
Siz qüdrətli Azərbaycan Ordusunun məğrur Sərkərdəsisiniz! Qarabağ fatehi olaraq adınızı Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazdırdınız.
Sizinlə fəxr edirəm və mənfur düşmən üzərində qazandığınız böyük qalibiyyət münasibətilə Sizi sevinc hissi ilə təbrik edirəm. Azərbaycanın güclü dövlət olduğunu bütün dünyaya nümayiş etdirdiyiniz üçün Sizə ürəkdən minnətdaram. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var.
Ümummilli Liderimizin “Azərbaycan” adlı şanlı kitabının səhifələrini zəfərli və qürurlu anlarla doldurduğunuza görə Sizə bir vətəndaş olaraq sonsuz təşəkkürlərimi bildirirəm.
Ümidvaram ki, bundan sonra uğurlarınız və zəfərləriniz davamlı olacaq, İnşallah!
Hörmətlə,
Məmmədova Sevda
Azərbaycan Respublikası, Göygöl şəhəri.