Zahid Nəsirovdan, Bakı, Azərbaycan


03 fevral 2021, 13:20
Hörmətli Prezidentim!
Sizin hər bir çıxışınız xalqımıza, millətimizə, torpağımıza sonsuz sevgi, məhəbbət və insanlığa qayğı ilə doludur. Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti və Müzəffər Ali Baş Komandanı var.
Sizin hər bir sözünüzün arxasında böyük məntiq və məna dayanır. Sizinlə bir dövrdə yaşadığım üçün çox xoşbəxtəm.
Cənab Prezident, Abşeron rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakınızı və Azərbaycan televiziyasına müsahibənizi çox böyük maraqla izlədim. Siz yenə məni o qədər sevindirdiniz ki, bir daha ölkəmizlə, Prezidentimizlə qürur duydum. Sizin çıxışınızdan sonra özümü ən xoşbəxt insan hiss edirəm.
Var olun, cənab Prezident!
Hörmətlə,
Nəsirov Zahid
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.