Elmar Məlikovdan, Quba, Azərbaycan


02 fevral 2021, 15:23
Çox hörmətli əziz Prezidentim,
Azərbaycan Prezidenti olaraq Vətəni bu qədər çox sevməyiniz bizi qürurlandırır. Siz bütün Azərbaycan xalqına elə bir xoşbəxtlik və sevinc hissi yaşatdınız ki, bunu söz ilə ifadə etmək, paylaşmaq belə çox qürurvericidir. Bu tarixi zəfərə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Mən ömrümdə heç vaxt belə qürurlu və xoşbəxt olmamışdım. Bu elə bir hissdir ki, onu yaşayanlar bilər. Sizə “çox sağ olun” deyirəm. Allah Sizi bizlərə çox görməsin! Ürəyim Sizə qarşı xoş sözlərlə doludur.
Ölkəmizin ərazi bütövlüyünü təmin etməklə, doğma torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz öz adınızı tariximizin şanlı səhifəsinə qızıl hərflərlə həkk etdirdiniz. Bu möhtəşəm zəfərin müəllifi Sizsiniz.
Tutduğunuz bu çətin və şərəfli yolda Sizə böyük uğurlar arzulayıram. Allah yar və yardımçınız olsun!
Hörmətlə,
Məlikov Elmar,
Əfqanıstan müharibəsi veteranı.
Azərbaycan Respublikası, Quba rayonu.