Gülnarə Yahyayevadan, Şirvan, Azərbaycan


05 fevral 2021, 17:00
Əziz və hörmətli Prezidentimiz!
Qazandığımız tarixi zəfər münasibətilə Sizi ürəkdən təbrik edir, xalqımıza bəxş etdiyiniz bu sevinc və qürur hisslərinə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm.
Sizin rəhbərliyiniz altında bizim cəsur və igid döyüşçülərimiz bu zirvəni canları və qanları bahasına fəth etdilər, doğma torpaqlarımızı düşmən tapdağından azad etdilər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin işıqlı gələcəyi və inkişafı naminə qarşıdakı fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Tanrı Sizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Yahyayeva Gülnarə
Azərbaycan Respublikası, Şirvan şəhəri.