logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xəqani Allahverdiyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

01 fevral 2021, 09:40

Cənab Müzəffər Ali Baş Komandan.

Vətən müharibəsi iştirakçısı və qazisi olaraq, müdrik siyasətiniz və möhkəm iradəniz, qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqını 30 il həsrətində olduğu torpaqlarına qovuşdurdunuz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir, cənab Prezident!

Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Allahverdiyev Xəqani.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi