Latviya Respublikasının Prezidenti Andris Berzinşdən
Text size
31 may 2012, 16:45
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim.
Əminəm ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcəkdir. Şəxsən Sizin dəstəyinizlə qarşılıqlı əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm.
Xahiş edirəm, şəxsən öz adımdan və Latviya xalqı adından ən səmimi arzularımı qəbul edəsiniz.
Dərin hörmətlə,
Andris Berzinş
Latviya Respublikasının Prezidenti