logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Telman İbadovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

27 yanvar 2021, 12:00

Möhtərəm cənab Prezident,

Sizin uğurlu fəaliyyətiniz o qədər möhtəşəm, o qədər dəqiq, hərtərəfli və məzmunludur ki, onun qiymətini ən yaxşı sözlərlə belə ifadə etmək mümkün deyildir.

Ali Baş Komandan kimi Sizin ikinci Qarabağ müharibəsindəki yorulmaz fəaliyyətiniz, möhkəm iradəniz, qətiyyətli mövqeyiniz Azərbaycan dövlətinə və xalqına qalibiyyət qazandırdı. Bu qüruru bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq.

Cənab Prezident, Siz həmişə tibb işçilərinə xüsusi diqqət göstərmisiniz, onların fəaliyyətini yüksək qiymətləndirmisiniz. Koronavirusa qarşı vaksinasiyanın ilk növbədə tibb işçilərinə tətbiq olunması bunu bir daha təsdiq etdi. Buna görə Respublika Klinik xəstəxanasının çoxsaylı kollektivi adından Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

İbadov Telman, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi