Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksadan
Text size


30 may 2012, 16:30
Zati-aliləri,
Şri-Lanka hökuməti və xalqı adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Ümid edirəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri və sıx əməkdaşlıq bundan sonrakı illərdə də möhkəmlənəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm.
Mahinda Racapaksa
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti