Nurağa Rüstəmovdan, Sabirabad, Azərbaycan
Text size


19 yanvar 2021, 13:16
Əziz Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə şəxsən öz təşəkkürümü bildirirəm. Çünki həyatımda aldığım ən sevindirici xəbər Sizin “Şuşa azaddır!” deyərək bizi təbrik etməniz oldu.
Cənab Prezident, Sizin bütün şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən böyük sevinclə qarşılanır. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Bu xeyirxah xidmətlərinizə görə Azərbaycan xalqı daim Sizə minnətdar olacaqdır. Sizə bütün şəhid ailələri adından sonsuz təşəkkürlərimizi bildiririk.
Hörmətlə,
Rüstəmov Nurağa Mirzağa oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Türkədi kəndi.