Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyandan
Text size
30 may 2012, 15:40
Hörmətli Prezident,
Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alilərinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaq mənə şərəf verir.
Zati-alilərinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Xəlifə bin Zayed Əl Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti