Faiq Ağayevdən, Naftalan, Azərbaycan
Text size
15 yanvar 2021, 17:53
Möhtərəm cənab Prezident!
Sizin müdrik və düzgün siyasətiniz sayəsində və Azərbaycanın müzəffər Ordusunun hərb meydanında göstərdiyi qəhrəmanlıqlar nəticəsində uzun illər düşmən tapdağında olan doğma torpaqlarımız işğaldan azad olundu.
Azərbaycan xalqına bu möhtəşəm zəfər sevincini yaşatdığınıza görə Sizə Naftalan şəhər sakinləri və şəxsən öz adımdan dərin və sonsuz minnətdarlığımı bildirir, qarşıdakı yorulmaz fəaliyyətinizdə böyük uğurlar diləyirik.
Tanrı Sizi və Azərbaycan xalqını qorusun!
Hörmətlə,
Ağayev Faiq Namazalı oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.