İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
23 iyul 2010, 15:14
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul etmişdir.
Baş nazir Nika Qilauri Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan Baş nazir bu səfər zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğuladı. O, ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu qeyd etdi.
Batumidə danışıqların yekunları ilə bağlı hökumətə müvafiq tapşırıqlar verdiyini bildirən dövlət başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarında bu məsələlərin həllinin reallaşacağına ümidvar olduğunu bildirdi.
Dövlət başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi.