Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbasdan


29 may 2012, 16:50
Zati-aliləri,
Qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Fələstin xalqı adından və şəxsən öz adımdan Sizə, dəyərli hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
İşğala son qoyulması və paytaxtı Şərqi Yerusəlim olmaqla müstəqil Fələstin dövlətinin yaradılması məsələsində xalqımızın haqq işində və mübarizəsində dostcasına nümayiş etdirdiyiniz qətiyyətli dəstəyi, həmrəylik mövqeyini yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza və ölkənizə davamlı tərəqqi və rifah arzulayıram.
Mahmud Abbas
Fələstin Dövlətinin Prezidenti,
Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri
Fələstin Milli Administrasiyasının prezidenti