logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərakeş Kralı VI Mohammeddən

Text size icon-size icon-size

29 may 2012, 16:15

Əssalamu əleykum və rəhmətullah və bərəkatuh,

Zati-aliləri, mənim əziz qardaşım,

Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə Zati-alilərinizə xoşbəxtlik və cansağlığı arzulayır, səmimi təbriklərimi böyük məmnuniyyətlə çatdırıram. Mən, həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, xalqlarımızın islami qardaşlıq, ölkələrimiz arasında mövcud olan məhsuldar əməkdaşlıq və fəal həmrəylik əlaqələrini yüksək qiymətləndirdiyimi demək istərdim.

Mən bizim əlaqələrin möhkəmləndirilməsi və xalqlarımızın istəklərinin yerinə yetirilməsi üçün Zati-alilərinizlə işləməyi davam etdirməyi çox arzu edərdim. Beləliklə, biz iki millət arasında ortaq maraqları paylaşaraq və müsəlman ümmətin ədalətli işlərinə və uca məqsədlərə nail olmasına xidmət edəcəyik.

Hörmətlə,

VI Mohammed 

Mərakeş Kralı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi