Laura Ağamedovadan, Balakən, Azərbaycan


11 yanvar 2021, 10:36
Əziz Prezidentimiz, liderimiz İlham Əliyev,
Mən 5-ci sinif şagirdiyəm. Balakəndə yaşayıram. Qələbəmiz münasibətilə Sizi təbrik edirəm.
Tanrı Sizi, Ordumuzu, ölkəmizi qorusun. Şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Ən böyük arzum əla qiymətlərlə oxuyub, Vətənimə layiqli vətəndaş olmaqdır. Televiziyaya baxanda görürəm ki, Sizə çoxlu məktublar gəlir. Siz də məktubları oxuyursunuz. Mən də Sizə bu məktubu göndərirəm, ümid edirəm ki, oxuyacaqsınız.
Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, gələcəyimiz gözəl və xoşbəxtdir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Ağamedova Laura Rəşad qızı
Azərbaycan Respublikası, Balakən rayonu, Gərəkli kəndi.