Tulparxan Salavatovdan, Bakı, Azərbaycan


08 yanvar 2021, 17:56
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Zatı-aliləri İlham Əliyev.
İcazə verin yüksək mükafat “Şöhrət” ordeni ilə təltif edildiyimə görə Sizə minnətdarlığımı bildirim. Fürsətdən istifadə edərək Sizi və Birinci vitse-Prezidentimiz möhtərəm Mehriban xanım Əliyevanı Vətənimizin Böyük Qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Sizin başçılığınız ilə əldə etdiyimiz böyük qələbə Azərbaycan xalqını bütün dünyada və tarixdə layiqincə yüksək zirvələrə ucaltdı. Ulu Tanrı Sizi və bütün ailənizi hər zaman qorusun. Mən, Salavatov Tulparxan Şarabudinoviç Azərbaycan Xalqının kumuk oğluyam və mənim müəllimim dünya şöhrətli alim, mərhum akademik Azad Mirzəcanzadədir. Onun uzun illər rəhbərlik etdiyi kafedraya müdir vəzifəsi 2006-ci ildən mənə həvalə olunub. Bu çətin və şərəfli vəzifəni uzun illər yerinə yetirirəm və son nəfəsimə qədər davam etməyə Sizə söz verirəm.
Böyük hörmətlə,
Tulparxan Salavatov,
Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.