Tunis Respublikasının Prezidenti Monsef Marzukidən
Text size
28 may 2012, 13:15
Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi, cansağlığı, səadət, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı bildirmək mənə xoşdur.
Fürsətdən istifadə edib Zati-alilərinizə bildirmək istərdim ki, yeni Tunis bizim qardaş xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə bundan sonra da əməkdaşlıq etmək əzmindədir.
Monsef Marzuki
Tunis Respublikasının Prezidenti