logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sədaqət Mustafayevadan, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

08 yanvar 2021, 12:48

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,

Xalqımıza möhtəşəm Qələbə gününü yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz bunu dünyanı mat qoyan siyasətinizlə, canından keçməyi bacaran güclü Ordunuzla bacardınız.

Mənim 2 övladım və 5 nəvəm var. Sizin siyasətinizi daim dəstəkləsəm də, məhz Qarabağın azad edilməsi illərdən bəri ürəyimdə olan sözləri ifadə etməyə imkan verdi.

Hələ cavan ikən ulu öndərimiz Heydər Əliyevin səlis çıxışlarına qulaq asmaqdan doymazdım. Onun Moskvadan Azərbaycana qayıdışı ölkəmizi bir çox bəlalardan qurtardı. Ümummilli liderimizin ən böyük arzusu Qarabağı azad görmək idi. Siz bu arzunu həyata keçirdiniz.

Xalqımız bilir ki, Azərbaycan əmin əllərdədir. Siz Azərbaycanın yeni tarixini yazdınız. Buna görə də Sizin heykəliniz Şuşanı, Qarabağı, Bakını bəzəməlidir. Sizinlə fəxr edirik. Mehriban xanımla birlikdə işğaldan azad edilən torpaqlara səfər etməyiniz bizi qürurlandırır. Allah Sizi qorusun!

Nəvələrimi də Vətəninə, Bayrağına, torpağına, rəhbərinə sevgi ruhunda böyüdürəm:

Sən Vətənə rəhbər oldun,

Sadiq oldun, dönməz oldun,

Vətən üçün, millət üçün,

Çətinliyə hazır oldun.

Vətən yolunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Hamımız bir nəfər kimi deyirik – Vətən sağ olsun! Sizə isə uca Tanrıdan uzun ömür, cansağlığı arzulayıram. Dövlətimizin üstündən əskik olmayasınız. Siz həm də bəşər tarixinə imza qoydunuz.

Yol göstərdi Ulu Heydər

Bu yol Heydər yoludur.

Bu yol gələcəyə aparan

Bir işıqlı sabahdır,

Bu yol İlham yoludur.

Bu yolda məşəl olub

Dünyanı mat qoydun

Sən bu yolda yorulmadan

Vətən üçün çalışdın.

Dünya ilham alır səndən

Əyilməyən qamətindən

Saf niyyətli əməlindən.

Mehriban da Sənə dəstək

Arzu-Leyla sənə kömək

Davamçındır kiçik Heydər

Yol göstərsin ona İlham.

Tükənməsin yolun sənin

Üzün gülsün hər an Sənin

Vətən üçün ömür versin,

Yaratmağa möhlət versin.

Yaşa, yaşa, bu xalq üçün

Vətən üçün, millət üçün

Sən yaşatdın bu milləti

Bu şanı, bu şöhrəti,

İlham sənə yaraşır, Azərbaycan!

Sən də İlhama.

İlhamla irəli, İlhamla yaşa,

Qur – yarat, 100 il yaşa!

Qollarında qucaq açır

Bu dünyaya hər bir zaman

Yorulmayan rəhbərimlə

Fəxr eyləyir Azərbaycan!

Cənab Prezident, Siz bizə Allahın hədiyyəsisiniz. Xalq Sizi qorumalıdır. Zaqatala-Balakən bölgəsində baş verən zəlzələ nəticəsində dağılmış evlərin yerinə daha böyük, daha gözəl, daha şəraitli evlər tikildi. Belə güclü rəhbəri olan xalq xoşbəxtdir.

Yaşasın İlham Əliyev!

Yaşasın Mehriban xanım Əliyeva!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Mustafayeva Sədaqət Qurban qızı

Azərbaycan Respublikası, Zaqatala rayonu, Çobankol kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi