logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviçdən

Text size icon-size icon-size

28 may 2012, 13:00

Zati-aliləri,

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin gələcəkdə daha da çiçəklənməsi üçün ən xoş arzularımı çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə, Azərbaycan hökumətinə və xalqına Bosniya və Herseqovinaya və onun xalqına verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm.

Cənab Prezident, əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan Respublikası arasındakı əməkdaşlıq dostluq və tərəfdaşlıq ruhunda davam edərək ölkələrimizin sabitliyi və tərəqqisinə töhfəsini verəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən dərin hörmət və ehtiramımı qəbul edin.

Sizinlə görüşmək arzusu ilə,

Bakir İzzetbekoviç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi