A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
05 yanvar 2021, 15:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.
2. “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2021-ci il.