logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğludan

Text size icon-size icon-size

26 may 2012, 16:30

Zati-aliləri,

Azərbaycanın əlamətdar milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatına məqsədlərini həyata keçirməkdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm.

Ekmələddin İhsanoğlu
İslam Əməkdaşlıq Təşkilatının baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi